“Qalatasaray” Nyanqla maraqlanır

ESTAFET/ “Qalatasaray” Türkiyənin digər klubu “Adana Dəmirspor”un düşərgəsini könüllü tərk etmiş seneqallı hücumçu M’Bay Nyanqla müqavilə bağlamaq imkanını nəzərdən keçirir.
29 yaşlı futbolçu 4 aydır maaş almadığını əsas gətirərək, “Adana Dəmirspor”dan ayrılıb.
Klub rəhbərliyi M’Bay Nyanqı komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə, 175 min avro məbləğində cərimələyib və futbolçudan FIFA-ya şikayət edib.
