“Beşiktaş” mövsümü onsuz başa vuracaq

ESTAFET/ "Beşiktaş"ın futbolçusu Amir Hadziahmetoviç üçün bu mövsüm erkən başa çatıb.
Klub saytının xəbərinə görə, Türkiyə Super Liqasının 20-ci turunda "Fatih Karagümrük"ə qarşı matçda zədələnən oyunçunun durumunun ciddi olduğu müəyyənləşib.
Türkiyə mətbuatı onun bu mövsümün qalan hissəsində oynamayacağını yazıb.
Hadziahmetoviç ötən ilin fevral ayından "Beşiktaş"da oynayır.
