Millimizin üzvü Türkiyə klubunda debüt etdi

ESTAFET/ Azərbaycanlı futbolçu Sertan Taşkın "Manisa"da debüt edib.
O, Türkiyə 1-ci liqasında 18-ci turun “Kocaelispor"la ev oyununun iştirakçısı olub.
Start heyətdə meydana çıxan Sertan sonadək oynayıb. Görüş “Manisa”nın 2:1 hesablı qələbəsiylə başa çatıb.
"Manisa" hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb.
