Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul edib

ESTAFET/ Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 15-də Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edib. Qəbuldan öncə Siyəzən rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Siyəzən Rayon Gənclər Evində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda III "Yüksəliş" müsabiqəsinin qalibləri, nazir Fərid Qayıbovun mentiləri Səkinə Vəliyeva, Bayram Orucov və Rəsul Həşimov da iştirak ediblər.
