“Qarabağ”dan “Zirə” üzərində böyükhesablı qələbə

ESTAFET/ Bu gün “Qarabağ” və “Zirə” arasında yoxlama oyunu keçirilib.

"Azərsun Arena"da təşkil edilən matç 4 hissə davam edib.

Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Leandro Andradre, Riçard Almeyda, Redo Cica və Nəriman Axundzadə fərqləniblər.

Xatırladaq ki, "Zirə" bu qış fasiləsindəki ilk yoxlama görüşündə "Araz-Naxçıvan"a qalib gəlmişdi – 2:1.

Müəllif: Orxan NOVRUZOV