Sumqayıt səfərində "NTD-İNDİQO" -dan çox çətin qələbə

12 yanvar Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub.

"Sumqayıt" yerli publika önündə, çempionatın liderlərindən sayılan "NTD-İNDİQO" klubunu qəbul edib. Əlavə vaxtın (95-95) qeydə alındığı gərgin oyunun yekununda, Xaçmaz təmsilçisi "NTD-İNDİQO" 104-95 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular:

"Sumqayıt" (Smit Roderik - 21 xal, 13 ribaund), "NTD-İNDİQO" (Qriffin Remmi - 23 xal, 14 asist)

Müəllif: Məsim MƏSİMZADƏ