Dənizkənarı Milli Parkda "Sağlam həyat" adlı kütləvi idman tədbiri keçirilib

Yanvarın 18-də Dənizkənarı Milli Parkda “Sağlam həyat” adlı kütləvi idman tədbiri keçirilib.

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, tennis topu atma, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV