Sertanın komandasından səfər heç-heçəsi

ESTAFET/ Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi "Manisa" “Keçiörengücü" ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Sertan start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

"Manisa" bu nəticədən sonra 23 xalla 10-cu pillədə qərarlaşıb.

Müəllif: Orxan NOVRUZOV