KARATEÇİLƏRİMİZ "URMIA OPEN"DƏ DÖYÜŞƏCƏKLƏR

ESTAFET/ Müxtəlif yaş qrupları üzrə milli komandamızın üzvləri İranının Urmiyə şəhərində kişilər arasında 13-cü beynəllxalq dostluq və həmrəylik turnirində iştirak edəcəklər.


14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (52 kq), Hüseyn Məmmədli və Tale Yaqubov (hər ikisi 57 kq), Rəvan Bağırov və İsmayıl Məhəbbətli (hər ikisi 63 kq), Məmməd Məmmədov (70 kq), 16-17 yaşlı gənclərdə isə Müseyib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq), Tural Yaqubov (68 kq), və Murad Balakişiyev (76 kq) çıxış edəcək.


Böyüklərin yarışına Ülvi Qurbanlı və Elcan Məmmədrzayev, (hər ikisi 60 kq), Hüseyn Əliyev və Rafiz Hüseynov (hər ikisi 67 kq), Pənah Abdullayev və Turqut Həsənov (hər ikisi 84 kq), Emil Güləhmədov, Murad Hacızadə, Şahin Atamov və Əli Cəfərov, (dördü də +84 kq) qatılacaq.


Roman Heydərov fərdi kata yarışlarında, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Əliyev isə komanda kata çıxışlarında mübarizə aparacaq.


Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyədə ənənəvi yarışa yollanan heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Yarış 4 gün davam edəcək. İdmançılarımız ayın 15-də səfərdən dönəcəklər.