"Sabah" çempionatın vahid lideridir

ESTAFET/ 21 yanvar Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 11-ci turunun son oyunu baş tutub.

Turun mərkəzi oyununda çempionatın liderləri "NTD-İNDİQO" və "Sabah" basketbolçuları qarşılaşıblar. Gərgin və önəmli oyunun yekununda qonaqlar 83-79 hesabı ilə qalib gələrək, çempionatın vahid lideri olublar.

Ən məhsuldar basketbolçular: "NTD-İNDİQO" (Qriffin Remmi - 23 xal, 7 asist), "Sabah" (Endar Poladxanlı - 32 xal, 3 ribaund)

Müəllif: Məsim MƏSİMZADƏ