“Araz-Naxçıvan” Qurbanlını da icarəyə verdi
ESTAFET/ "Araz-Naxçıvan” müdafiəçisi Nihat Qurbanlını icarəyə göndərib.
Klubun rəsmi saytının xəbərinə görə, o, 1-ci liqa təmsilçisi MOİK-də çıxış edəcək.
Anlaşmaya əsasən, futbolçu mövsümün sonuna qədər ordu klubunda oynayacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu 1-ci liqa klubu “Difai”yə icarəyə verib.