Portuqaliya Qran-Prisi üçün heyət bəlli oldu

ESTAFET/ Azərbaycan cüdoçuları 26-28 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək qran-pridə iştirak edəcəklər.
Üç gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan millisi yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərliyi altında çıxış edəcək.
Qadınlar
48 kq
Könül Əliyeva
52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
57 kq
Fidan Əlizadə
Acelya Toprak
Kişilər
60 kq
Balabəy Ağayev
Turan Bayramov
66 kq
Yaşar Nəcəfov
Kamran Süleymanov
73 kq
Rəşid Məmmədəliyev
Nurlan Osmanov
81 kq
Səid Mollayi
Zelim Tçkayev
90 kq
Elcan Hacıyev
Vüqar Talıbov
+100 kq
Uşanqi Kokauri
