Misir yığması 1/8 finalda dayandı

ESTAFET/ Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Bu gün daha iki oyun baş tutub.

Ekvatorial Qvineyanı məğlub edən Qvineya 1/4 finala yüksəlib.

Günün digər oyununda Misir yığması Konqo millisinə penaltilərlə uduzaraq mübarizəni dayandırıb.

Afrika Millətlər Kuboku
1/8 final

27 yanvar 2024

Anqola – Namibiya 3:0
Qollar: Jelson Dala, 38; 42. Mabululu, 66.

Nigeriya – Kamerun 2:0
Qollar: Lukman, 36; 90.

28 yanvar

Ekvatorial Qvineya – Qvineya 0:1
Qol: Bayo, 90+8.

Misir – Konqo DR 1:1 (penaltilər 7:8)
Qollar: M.Məhəmməd, 45+1-pen – Elia, 37.

29 yanvar

21:00. Kabo Verde – Mavritaniya
00:00. Seneqal – Kot-d’İvuar

30 yanvar

21:00. Mali – Burkina Faso
00:00. Mərakeş – Cənubi Afrika

Müəllif: Natiq NƏSİROV