Yaponiya və İran da 1/4 finalda

ESTAFET/ Asiya kubokunda 1/8 final mərhələsi başa çatıb.

Bu gün son iki oyun baş tutub.

Yaponiya yığması Bəhreynə, İran isə Suriyaya qalib gələrək növbəti mərhələyə yüksəlib.

Daha öncə Avstraliya, Tacikistan, İordaniya, Qədər, Özbəkistan və Cənubi Koreya yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.

Asiya kuboku
1/8 final

31 yanvar 2024

Bəhreyn – Yaponiya 1:3
Qollar: Suzuki 64 (ö.q) : Doan 31, Kubo 49, Ueda 72

İran – Suriya 1:1 (penaltilər 5:3)
Qollar: Taremi 34 : Xribin 64 (pen.)

Artıq 1/4 finalda hansı komandaların üz-üzə gələcəyi də məlumdur:

Tacikistan – İordaniya
Avstraliya – Cənubi Koreya
İran – Yaponiya
Qətər - Özbəkistan

Müəllif: Natiq NƏSİROV