FEDERER MONREALDA ZVEREVLƏ FİNAL OYNAYACAQ
ESTAFET/ İsveçrəli tennisçi Rocer Federer Monrealda (Kanada) keçirilən "Masters-1000" seriyasından olan turnirin finalına çıxıb. 1 saat 15 dəqiqə davam edən yarımfinal görüşündə o hollandiyalı tennisçi Robin Xaas üzərində 2:0-lıq (6:3, 7:6) qələbə qazanıb.
Federerin finaldakı rəqibi digər yarımfinal görüşündə Denis Şapovalovu (Kanada) üstələyən Aleksandr Zverev (Almaniya) olacaq. Zverev də Federer kimi hər iki setdə rəqibindən üstün olub - 2:0 (6:4, 7:5).
Final görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.