Aqil Qəbilov Bakıdakı turnirdə 1/8 finala yüksəldi

Aqil Qəbilov - Diki Pangestu tandemi kişi badmintonçuların qoşa yarışında "Azerbaijan International 2024" turnirinin 1/8 finalına yüksəldi!
Aqil Qəbilov və Diki Pangestu 1/16 finalda Qazaxıstan badmintonçuları Jangir İbraev-İlya Lisenko qoşasına 2:1 (16-21,21-5,21-12) hesabı ilə qalib gəlib.
Badmintonçularımız növbəti mərhələdə Çexiya təmsilçiləri Ondrej Kral-Adam Mendrek tandemi ilə qarşılaşacaq.
