"Dastana dönən səs" adlı mahnı müsabiqəsi keçirilib

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə şəhid gizir Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunmuş “Dastana dönən səs” adlı mahnı müsabiqəsi keçirilib. Müsabiqədə seçim turundan müvəffəqiyyətlə keçmiş 14 gəncin təqdim etdiyi mahnılar ifa olunub. Hər ifadan sonra münsiflər heyəti müsabiqə iştirakçılarına öz məsləhət və tövsiyələrini veriblər. Münsiflər heyəti qismində Azərbaycan Respublikasının xalq artisti Sabir Məmmədov, Azərbaycan və Özbəkistan Respublikasının xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Respublikasının əməkdar artisti Teymur Əmrah  və bəstəkar, vokalist Qasım Xəlilov iştirak ediblər.

Müsabiqədə Günay Məmmədova birinci olub. Elşən Məmmədov yarışı ikinci, İslam Qasımov isə üçüncü pillədə başa vurublar. Qaliblərə hədiyyələr və diplomlar təqdim edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV