4 idmançımız dünya çempionatına vəsiqə qazandı

ESTAFET/ Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard federasiyası tərəfindən keçirilən turnirdə milli yığmanın dörd idmaçısı dünya çempionatına vəsiqə qazandı. İdmançılar fevralın 27-dən martın 2-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək mundialda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Vəsiqə qazananların siyahısı:

1 Ramin Səməndərov
2 Seyhun Ağayev
3 Məmmədov Yahya
3 Azər Hacıyev

ABF-in prezidentin sözlərinə görə dünya çempionatında əsas hədəflərinin medal qazanmaq olduğunu söyləyib: “İdmançılarımız yarışa yaxşı hazırlaşıblar. Məşqlər hələ də davam edir. Güman edirəm ki, yaxşı nəticə göstərə biləcəyik. Dünya çempionatına Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacağıq”.

Müəllif: Bəhruz MƏMMƏDOV