Nihat və Həsrət də Avropa çempionu oldular

ESTAFET/ Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Həsrət Cəfərov (67 kq) finalda rus güləşçi Ruslan Biçurini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihad Məmmədli (60 kq) isə moldovalı Viktor Çiobanuya  8:3 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Bir gün əvvəl yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub.

Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Müəllif: Natiq NƏSİROV