La Liqa klubunda yeni baş məşqçi

ESTAFET/ “Rayo Valyekano” klubu İniqo Peresi baş məşqçi təyin edib.

Klubun mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında razılaşmanın təfərrüatları açıqlanmayıb.

Mütəxəssis əvvəllər komandanın məşqçilər korpusunda yer alıb.

Komandanın sabiq baş məşqçisi Rodrigesin bu gün istefası elan olunub. O, ötən ilin iyun ayından “Rayo Valyekano”da baş məşqçilik edirdi. Komanda onun rəhbərliyi altında son 5 oyunun heç birində qələbə qazana bilməyib. Hazırda “Rayo Valyekano” İspaniya çempionatında 14-cü yerdədir.

Müəllif: Məsim MƏSİMZADƏ