MOİK və “İmişli”yə bir qol bəs etdi

ESTAFET/ I Liqada 14-cü tura start verilib. Bu gün 2 görüş baş tutub.
MOİK səfərdə “Mingəçevir”, “İmişli” də evdə “Difai Ağsu”ya qalib gəlib.
I Liqa
14-cü tur
14 fevral 2024
“Mingəçevir” - MOİK 0:1
Qol: Ramil Orucov 1
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Asif Abdullayev, Elvin Bayramov.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
“İmişli” – “Difai Ağsu” 1:0
Qol: Elnur Cəfərov 79
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Namiq Bəkirov.
H.Əliyev adına İmişli şəhər stadionu, 15:00.
