Azərbaycan birinciliyinə start verilib

ESTAFET/ Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında qış Azərbaycan birinciliyinə start verilib.
Respublika Olimpiya Mərkəzində keçirilən yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Beyləqan, Bərdə, Naftalan, Gədəbəy, Balakən və Astaradan 180 atlet mübarizə aparır.
Azərbaycan birinciliyi bu yay Slovakiyada keçiriləcək U18 Avropa çempionatı, Sloveniyada təşkil olunacaq U18 Balkan çempionatı və gələn il ölkəmizin ev sahibliyi edəcəyi MDB Oyunlarına seçim xarakteri daşıyır.
2 gün davam edəcək yarışda müxtəlif məsafələrə qaçış, sədlərlə qaçış, estafet, hündürlüyə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma və nüvə itələmə üzrə qaliblər müəyyənləşəcək.
