Balabəy Ağayev bürünc medal qazandı

ESTAFET/ Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günündə kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Balabəy Ağayev bürünc medal əldə edib.
Balabay ardıcıl olaraq Tacikistan və İtaliya təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Burada neytral statusda çıxış edən Rusiya təmsilçisi Ramazan Abduallyevə məğlub olan cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada özbək cüdoçuya qalib gəlməyi bacarıb.
