Bakı Böyük Dəbilqə turniri start götürür

ESTAFET/ Fevralın 16-da Milli Gimnastika Arenasında Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilir.
Turnirin ilk günü qadınlar arasında 48, 52 və 57 kq çəki dərəcələrində 8 cüdoçumuz, kişilər arasında isə 60 və 66 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
İlkin görüşlər saat 10:00-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
