"QARABAĞ" YENİ TARİXİN ASTANASINDA
ESTAFET/ Bu gün Çempionlar Liqasının Play-off mərhələsində təmsilçimiz "Qarabağ" ilk oyununa çıxıb. Futbol tariximizdə ilk dəfə bu mərhələdə təmsil olunan Azərbaycan ağdamlıların timsalında yeni bir tarixin astanasındadır.
Burada çempionumuzun rəqibi Danimarkanın nüfuzlu və təcrübəli "Kopenhagen" komandası idi. Bəzilərinin favorit kimi gördüyü danimarkalılar çempionumuz qarşısında heç nə ilə yadda qalmadılar. Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla "Qarabağ" fasiləyə üstün yollandı. İkinci hissənin son 30 dəqiqəsində futbolçularımız biraz da dəqiq olsaydılar hesab böyük ola bilərdi.
Çempionlar Liqası, Pley-off mərhələsi
İlk oyun: 15 avqust 20:00
"Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 1:0
Qol: Mahir Mədətov - 25
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
"Kopenhagen": 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç, 8. Uroş Matiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 24. Yussef Tutu, 27. Mixael Lüftner
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 17. Kasper Kusk, 18. Mads Roerslev, 28. Pieros Sotiriu, 32. Danni Amankva
Baş məşqçi: Stole Solbakken
Baş hakim: Paolo Taqliavento
Yan xətt hakimləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə köməkçilər: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu