Ferstappen Braziliyada sprint yarışının qalibi oldu

ESTAFET/ “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 20-ci mərhələsi olan Braziliya Qran Prisində sprint yarışının qalibi olub. Yarış San Pauluda keçirilib.

İkinci yeri “McLaren” komandasının üzvü, britaniyalı Lando Norris tutub.

İlk "üçlüy"ü "Red Bull"dan Serxio Peres tamamlayıb.

Qeyd edək ki, Ferstappen vaxtından əvvəl dünya çempionatında qələbəsini təmin edib.

Müəllif: Natiq NƏSİROV