17 YAŞLILAR İKİNCİ OYUNDA MƏĞLUB OLDU

ESTAFET/ Sarayevo (Bosniya və Hersoqovina) şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Bosniya və Herseqovinanın U-17 yığması ilə keçirilmiş oyunda futbolçularımız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Turan Vəlizadə vurub.


Bu komandalar arasında avqustun 14-də keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşmışdı.