Həndbol çempionatında növbəti oyunların təqvimi açıqlanıb

Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunların təqvimi müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, matçlar üç fərqli gündə keçiriləcək.

XIII turun görüşündə autsayderlər “Bakı” və “Gənclər Birliyi” qarşılaşacaqlar. Bu duel martın 14-də olacaq.

Martın 16-da XIV turun bir matçı baş tutacaq. Lider “Qarabağ” ən yaxın izləyicilərindən olan “Azəryol”u sınağa çəkəcək. Bu qarşılaşma federasiyanın rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Martın 17-də isə XII turdan təxirə salınmış “Kür” - “İdman Akademiyası” matçı gerçəkləşəcək.

İlk iki oyun “AHF Arenda”, son qarşılaşma isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq.

Azərbaycan çempionatı

14 mart
XIII tur

17:00. “Bakı” – “Gənclər Birliyi”

16 mart
XIV tur

12:00. “Qarabağ” – “Azəryol”

17 mart
XII tur

“Kür” – “İdman Akademiyası”

Müəllif: Natiq NƏSİROV