Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Formula1 və DHL müqaviləni qeyri-müəyyən müddətə uzadıblar -
Formula1 və DHL müqaviləni qeyri-müəyyən müddətə uzadıblar

ESTAFET/ Dünyanın ən məşhur logistik şirkətlərindən biri olan DHL artıq 20 ildir ki, Formula1 çempionatı ilə əməkdaşlıq edir və çempionatın yüklərini dünyanın bütün nöqtələrinə vaxtında çatdırır.

Dünən tərəflər müqaviləni qeyri-müəyyən müddətə uzatmaq qərarına gəliblər.

Conni Havort, Formula1-in sponsorluq üzrə direktoru: 

“Uzun müddətdir davam edən tərəfdaşlıq DHL şirkətini bizim tədbirlərimizin vaxtında baş tutmasının vacib hissəsinə çevrib və biz bu uğurlu tərəfdaşlığı uzun illər davam etdirməkdən məmnunuq”. (F-1.az)

Müəllif: Natiq NƏSİROV