Diniyevli “Ümraniyəspor”dan inamlı qələbə

ESTAFET/ Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilir.
Bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" “Adanaspor"la qarşılaşıb.
İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyunda 2:0 hesabıyla qalib gəlib. Coşqun 90 dəqiqə meydanda olub.
"Ümraniyəspor" bu nəticədən sonra 33 xalla 11-ci pillədə qərarlaşıb.
