Futbol turnirinin püşkü atılıb - Paris 2024

ESTAFET/ Paris-2024 Yay Olimpiya Oyunlarında futbol turnirinin püşkü atılıb.

Qruplarda bütün iştirakçıları bəlli olmayıb. Asiya qitəsinin seçmə mərhələ oyunlarından sonra 3, qitələrarası pley-off mübarizəsindən sonra 1 xoşbəxtin adına aydınlıq gələcək.

A qrupu: Fransa, ABŞ, Qitələrarası pley-offun qalibi, Yeni Zelandiya
B qrupu: Argentina, Mərakeş, Asiya seçməsinin 3-cüsü, Ukrayna.
C qrupu: Asiya seçməsinin 2-cisi, İspaniya, Misir, Dominikan Respublikası.
D qrupu: Asiya seçməsinin 1-cisi, Paraqvay, Mali, İsrail.

Müəllif: Natiq NƏSİROV