Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan parataekvondoçuları Özbəkistanda hazırlaşırlar -
Azərbaycan parataekvondoçuları Özbəkistanda hazırlaşırlar

ESTAFET/ Parataekvondo üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.

Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda növbəti təlim-məşq toplanışını Özbəkistanın paytaxtı Daşkənddə keçir.

Hazırlıq prosesi aprelin 9-dək davam edəcək.

Yığmamız Daşkəndə 8 parataekvondoçu və 2 məşqçi ilə yollanıb.

Müəllif: Natiq NƏSİROV