“Fiorentina”nın De Rossi istəyi

ESTAFET/ “Fiorentina” “Roma” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş, “canavarlar”ın baş məşqçisi Daniele De Rossiyə müraciət edib ki, 40 yaşlı mütəxəssis paytaxt klubu ilə əməkdaşlığını bitdikdən sonra “bənövşələr”i çalışdırsın.

De Rossinin “Fiorentina” rəhbərliyi ilə yaxşı münasibət qurmasına rəğmən, italyan mütəxəssisin üstünlük verdiyi məqm, məşqçilik karyerasını məhz “Roma”da davam etdirməkdir.

Amma bu məsələdə “Roma”nın cari mövsümün yekunlarına görə hansı nəticəni göstərəcəyinin əsas amil olacağı vurğulanır.

Müəllif: Məsim MƏSİMZADƏ