MOİK-ə Zaqatalada 1 qol bəs etdi

ESTAFET/ I Liqada 19-cu tura yekun vurulub. Bu gün 2 oyun baş tutub.
“İmişli” - “Şamaxı” matçı qolsuz bitib. “Zaqatala” isə evdə MOİK-ə uduzub.
I Liqa
19-cu tur
29 mart 2024
“Zaqatala” – MOİK 0:1
Qol: Ramil Orucov 90+5
Zaqatala OİK stadionu, 15:00.
“İmişli” – “Şamaxı” 0:0
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
Turun digər oyunları:
“Karvan” – “Difai Ağsu” 0:0
“Qaradağ Lökbatan” – “İrəvan” 3:0
“Araz Saatlı” – “Mingəçevir” 4:0
