NAZAROV KOMANDASINA İLK XALI QAZANDIRIB

ESTAFET/ Bu gün Almaniya 2-ci Bundesliqasında III turun oyunlarına start verilib. Azərbaycan yığma komandasının hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfərdə "Braunşveyq" komandasının qonağı olub. Görüşə start heyətində çıxan Nazarov 90 dəqiqə meydanda olub.  

 

İlk 2 turda məğlub olan "Aue" bu tur ilk xalını qazanıb. Görüşün 24-cü dəqiqəsində komanda yoldaşı Tiffertin künc zərbəsindən ötürməsini mükəmməl zərbə ilə tamamlayan Nazarov komandasının qoluna imza atıb. Lakin 2 dəqiqə sonra meydan sahibləri hesabı bərabərlişdirib. Görüşdə başqa qol olmayıb və 1:1 hesabı ilə başa çatıb.