UNİVERSİADADA 12 TAEKVONDOÇU İLƏ TƏMSİL OLUNURUQ

ESTAFET/ Bu gün milli yığma komandamız Çin Taypeyinə yollanır. Sayca 29-cu olan Yay Universiada Oyunları 19 avqust tarixində Taypey şəhərində başlanacaq. 150 ölkənin iştirak edəcəyi və 21 idman növünün yer aldığı oyunlarda taekvondo idman növü üzrə yarışlarda ölkəmizi 12 idmançı təmsil edəcək.


Belə ki, 22 avqustda startı veriləcək taekvondo yarışlarında baş məşqçi Reza Mehmandost və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan idmançılardan Əli Məmmədov (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.


Qadınların baş məşqçisi Elnur Amanov isə Safiyə Polat (49 kq), Patimat Abakarova (53 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.


Qeyd edək ki, taekvondo yarışları 26 avqust tarıxınədək davam edəcək. Oyunlar 30 avqustda başa çatacaq.