Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda daha üç medal qazanıb

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar (“Qızıl Tur”) arasında “Maksima Masters” çempionatında daha üç qızıl medal qazanıb.

İdmançı buna böyük əsas atlar arasında təşkil olunan yarışda nail olub.

Turnirdə 3 atla iştirak edən A.Əlibəyov daha əvvəl iki qızıl medal əldə edib.

Qeyd edək ki, “Maksima Masters” çempionatı aprelin 7-dək davam edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV