MƏHƏMMƏD 7-Cİ OLDU

ESTAFET/ Xəbər verdiyimiz kimi, Taypey şəhərində Yay Universiada Oyunları başlayıb.

 

Bu gün Universiadasında ağır atletika yarışlarına da start verilib. 62 kq çəki dərəcəsində mübarizəyə qoşulan Məhəmməd Məmmədli 256 kq (birdənqaldırmada 116 kq, tənanla qaldırmada isə 140 kq) nəticə ilə  Universiadanı 7-ci sırada bitirib.

 

Unersiadanın qalibi adına isə 303 kq (132+171) nəticə göstərən Koreya Xalq Demokratik Respublikasının təmsilçisi Çol Bom Sin sahib olub. Qeyd edək ki, bu nəticə Universiada rekordudur.

 

Xatırladaq ki, ağırlıqqaldırma yarışlarındakı ikinci və sonuncu təmsilçimiz Azər Məmmədli avqustun 25-də +105 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq.