Tennis üzrə ölkə birinciliyi başa çatdı

Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında keçirilən ölkə birinciliyi başa çatıb.
Yarışda müxtəlif yaş kateqoriyalarında 46 tennisçi mübarizə aparıb. 8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub.
11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk üçlükdə qərarlaşıb.
8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb.
