Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub

Moldovanın Kişinyov şəhərində keçirilən piramida üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev 7 ölkədən 70 idmaçı arasında  qalib gələrək çempion olub. Bu, şübhəsiz ki, Azərbaycanda bilyard idmanının inkişafı üçün çox böyük addımdır.

2-ci yeri Ukrayna idmançısı Dmitro Pokotilski tutub. Onu da ayrıca qeyd edim ki, idmançımız Niyazi Xələfov üçüncü yeri tutub. Bununla da komandamız qızıl və bürünc medal qazanıb.

Azərbaycan Bilyard Federasiyası ölkəmizi bu idman növündə belə əlamətdar qələbə münasibətilə təbrik edir!

Müəllif: Bəhruz MƏMMƏDOV