Yeniyetmə cüdoçular Liqnanoda 2-ci oldular
ESTAFET/ Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb. Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc mükafat əldə edib.