YUNAN-ROMA GÜLƏŞÇİLƏRİ MUNDİALA YOLA DÜŞÜB
ESTAFET/ Güləş ictimaiyyətinin diqqəti sabahdan etibarən Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Dünya çempionatına yönəlib. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri artıq Parisdədirlər.
Komandamızın heyətində Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıb. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq.
Proqrama əsasən, çempionatın ilk iki yarış günündə yunan-Roma güləşçiləri yarışacaq. Avqustun 21-də 71, 75, 85 və 98 kq, avqustun 22-də isə 59, 66, 80 və 130 kq-da pəhləvanlar xalçaya çıxacaq.