Tovuzda ilk
ESTAFET/ “Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub.
Bu, Misli Premyer Liqasının 31-ci turunun “Sumqayıt”la görüşündə qeydə alınıb. Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.
Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.
Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi olub. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.