Cüdoçularımız Göygöl Avropa Kubokunda birinci yeri tutdu

4-5 mayda cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 4 qızıl, 1 gümüş və 9 bürünc medal əldə edib. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Cüdoçularımız turnirin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal, yarışın ikinci günündə oğlanlar arasında 2 qızıl və 2 bürünc medal qazanıblar.

Qeyd edək ki, Cüdoçularımız oğlanlar arasında bütün çəki dərəcələrində medal əldə edib.

İkinci günün medalçılarını təqdim edirik:

-73 kq. çəkidə Cəsur İbadlı bürünc medal

-81 kq. çəkidə Mehdi Abbasov qızıl medal

-90 kq. çəkidə Hüseyn Eyvazlı bürünc medal

+90 kq. çəkidə Sübhan Axundov qızıl medal

Müəllif: Natiq NƏSİROV