KLASSİKLƏR DÇ-Nİ 1 BÜRÜNCLƏ BAŞA VURDULAR
ESTAFET/ Fransanın paytaxtı Parisdə güləş üzrə Dünya Çempionatı davam edir. Bu gün yunan-Roma üslubunda güləşən pəhləvanlar daha 4 çəki dərəcəsində - 59, 66, 80 və 130 kq-da mübarizəyə qoşulublar. Azərbaycan komandası bu növdə Dünya Çempionatını Elvin Mürsəliyevin qazandığı bürünc medalla başa vurub. Sabahdan etibarən qadın güləşçilərin mübarizəsinə start veriləcək.
 
Təmsilçilərimizin görüş və nəticələrini təqdim edirik. 
 
59 kq
1/16 final: Taleh Məmmədov - Maksim Kazarski (BLR) 2:1
1/8 final: Taleh Məmmədov - Viktor Çibanu (MDA) 12:9
1/4 final: Taleh Məmmədov - Kanıbek Yolçubekov (KGZ) 2:3
 
 
66 kq
1/16 final: Kamran Məmmədov - Hansu Ryu (KOR) 1:2
Təsəlliverici: Kamran Məmmədov - Karen Aslanyan (ARM) 1:7  
 
80 kq
1/16 final: Elvin Mürsəliyev - Roman Vlasov (RUS) 2*:2
1/8 final: Elvin Mürsəliyev - Edqar Babayan (POL) 8:0
1/4 finali: Elvin Mürsəliyev - Zied Uaqram (MAR) 2:0
Yarımfinal: Elvin Mürsəliyev - Radik Quliyev (BLR) 3:3* 
Bürünc medal üçün: Elvin Mürsəliyev - Daniel Aleksandrov (BUL) 2:1
 
130 kq
1/8 final: Sabah Şəriəti - Mikola Kuçmiy (UKR) 1:2