Kişilər arasında 3 mövqedən atəş açma növündə final görüşləri keçirilib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” başa çatdı.

Turnirin son günündə kişilər və qadınlar arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəş açma növündə final görüşləri keçirilib.

Eyni növdə kişilərin final yarışında qalib adını aşkar üstünlüyə malik olan Yukun Liu qazanıb. Çinli atlet mayın 9-da məhz bu Dünya Kubokunda müəyyənləşdirdiyi rekordu (467.3) təzələyərək 468.9 xalla qızıl medala sahib olub.

Avstriya təmsilçisi Aleksander Şmirl gümüş, çexiyalı Jiri Privratski bürünc medalla kifayətlənib.

Müəllif: Bəhruz MƏMMƏDOV