Karateçimiz Avropa çempionatında bürünc medal qazandı

Karate üzrə yığma komandamızın üzvü Hüseyn Məmmədli -67 kq çəki dərəcəsində Avropa çempionatının bürünc medalını qazanıb.

Baş məşqçi Şahin Atamovun yetirməsi bu uğura Xorvatiyanın Zadar şəhərində keçirilən sayca 59-cu qitə çempionatında imza atıb.

Qeyd edək ki, komandamız yarışa AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV