Mariya Stadnik: Hisslərim izaholunmazdır

Hisslərim izaholunmazdır.

Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadın güləşçisi Mariya Stadnik deyib.

Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı nəticə ilə bağlı xoşbəxt olduğunu bildirib: "Hisslərim izaholunmazdır. 5-ci dəfə Olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb görərik".

Müəllif: Natiq NƏSİROV