Beynəlxalq turnirin qonaqları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqlar və Azərbaycan Boks Federasiyasının nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV