İdmançılarımız Abu Dabidən qələbə ilə döndü
Azərbaycanlı idmançılar Abu Dabi Grand Slam Pro beynəlxalq turnirdən qələbə ilə geri dönüb.
Baş məşqçi Simral Tağıyevin başçılığı ilə Fərid Həsənov qızıl, Vüqar Eyubov və Müslim Ağabalayev gümüş medala yiyələnib.
"Liberty jiu jitsu"nun idmançılarının hədəfi növbəti Grand Slam-dır. Yarış iyun ayının 7-si və 9-u İstanbulda baş tutacaq.
Qeyd edək ki, Müslim Ağabalayev aktyor Kamran Ağabalayevin oğludur.